Yaponiya, Suriyaya qarşı sanksiyaların bir hissəsini ləğv etmək qərarına gəlib

Bölmə: Dünya › ,
Tarix: 21:11 30.05.2025

Yaponiya, Suriyaya tətbiq olunan sanksiyaların qismən ləğv olunması barədə qərar qəbul etdiyini və azı 4 bankın sanksiya siyahısından çıxarılacağını elan edib.

 

Dövlət televiziyası “NHK”nin xəbərinə görə, Nazirlər Kabinetinin baş katibi Hayaşi Yoşimasa mətbuata verdiyi açıqlamada, BƏƏS rejiminin devrildiyi Suriyaya qarşı tətbiq olunan sanksiyaların qismən ləğvi qərarının geniş qiymətləndirmələrdən sonra verildiyini bildirib.

 

Hayaşi qeyd edib ki, bu qərar, illərdir davam edən böhran səbəbilə əziyyət çəkən Suriya xalqının həyat şəraitinin yaxşılaşdırılmasına töhfə vermək və müsbət təşəbbüsləri dəstəkləmək məqsədilə qəbul olunub.

 

O, ölkəsinin Suriyada sülh, sabitliyin təmin olunması üçün G7 ölkələri və digər beynəlxalq tərəfdaşlarla əməkdaşlığını davam etdirəcəyini, beynəlxalq ictimaiyyətlə uyğun şəkildə hərəkət edəcəyini vurğulayıb.

Sanksiyaların ləğvinin ilk mərhələsində azı 4 bank “dondurulan aktivlər” siyahısından çıxarılacaq.

 

 

TRT Xəbər 

Nuray Əliyeva