Ərdoğan Zelenski ilə danışıb

Bölmə: Dünya › ,
Tarix: 00:15 31.05.2025

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ukrayna lideri Volodimir Zelenski ilə telefon danışığı aparıb.

 

“İnformator.az” “TRT Haber”ə istinadən xəbər verir ki, danışıq zamanı Türkiyə ilə Ukrayna arasında ikitərəfli əlaqələr, regional və qlobal hadisələr müzakirə edilib.

 

Prezident Ərdoğan söhbət zamanı Türkiyənin Ukrayna ilə Rusiya arasında ədalətli və qalıcı sülhün təmin olunması üçün səylərini davam etdirəcəyini, Türkiyənin İstanbulda iki ölkə nümayəndə heyətləri arasında başlayan danışıqların davam etdirilməsinin tərəfdarı olduğunu, İstanbulda danışıqlarda razılaşdırılan məhbus mübadiləsinin qısa zamanda həyata keçirilməsindən məmnun olduğunu bildirib.

 

O, İstanbulda keçirilməsi planlaşdırılan danışıqların ikinci raundunda mümkün atəşkəsin müzakirə edilməsinin sülhə zəmin yaradacağını vurğulayıb.

 

 

Ərdoğan nümayəndə heyətləri arasında görüşlər başa çatdıqdan sonra rəhbərlik səviyyəsində görüşlərin keçirilməsinin sülh prosesinə faydalı olacağını və bunun çox gecikmədən baş tutmasının lazım olduğunu deyib.