Rusiya XİN başçısının müavini Türkiyədə səfir vəzifəsini tuta bilər

Bölmə: Dünya › ,
Tarix: 14:39 02.06.2025

Rusiya Türkiyədəki səfirini dəyişdirmək niyyətindədir.

 

“İnformator.az” xəbər verir ki, bu barədə "Kommersant" qəzeti üç mənbəyə istinadən yazıb.

 

Diplomatik missiyanın yeni rəhbəri Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin olacaq.


O, 2017-ci ildən Rusiyanın Türkiyədəki səfiri vəzifəsini icra edən Aleksey Yerxovu əvəz edəcək.


Verşinin 2018-ci ilin martından nazir müavini vəzifəsində işləyib, bundan əvvəl Rusiya XİN-in Yaxın Şərq və Şimali Afrika departamentinin direktoru olub. Eyni zamanda, 2011-ci ildən xarici işlər nazirinin Yaxın Şərq nizamlanması üzrə xüsusi nümayəndəsi vəzifəsini tutub.