Azərbaycanlı iş adamı Rusiyanın ən zəngin insanları siyahısında mövqeyini möhkəmləndirib

Bölmə: Dünya › ,
Tarix: 14:42 02.06.2025

Rusiyanın ən varlı iş adamlarının sərvəti ilin əvvəlindən 22 milyard 547 milyon dollar artıb.

 

“İnformator.az” xəbər verir ki, bu barədə "Bloomberg" agentliyinin "Milyarderlər indeksi" (Bloomberg Billionaires Index) məlumatında bildirilir.

 

Beləliklə, "Nornikel" şirkətinin əsas sahiblərindən biri Vladimir Potaninin sərvəti 3.82 milyard dollar artaraq 31.7 milyard dollara çatıb. "Lukoil"un həmsahibi Vahid Ələkbərov 561 milyon dollar (ümumilikdə 25.9 milyard dollar), "Novatek"in həmsahibi Leonid Mixelson 860 milyon dollar (23.2 milyard dollar), "Yevroxim"in və Sibir kömür enerji şirkətinin keçmiş benefisiarı Andrey Melniçenko (12.9 milyard dollar) zənginləşib.


Eyni zamanda, Alişer Usmanov ("Metalloinvest", "Meqafon") sərvətini 3.7 milyard dollar artıraraq 16.9 milyard dollara, Mixail Proxorov ("Oneksim") 563 milyon dollar artıraraq 15.4 milyard dollara, Pavel Durov ("Telegram") isə 2.03 milyard dollar artıraraq 13 milyard dollara çatdırıb.