İlham Əliyev minifutbol üzrə dünya çempionatının qalibi olan komanda üzvlərini qəbul edib

Tarix: 14:55 02.06.2025
Azərbaycan Prezidenti İlham Əliyev iyunun 2-də Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvlərini qəbul edib.
"İnformator.az" xəbər verir ki, məlumatı Prezidentin Mətbuat Xidməti yayıb.
Qeyd edək ki, Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının Milli Gimnastika Arenasında təşkil olunan final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib. Matç Azərbaycan yığmasının 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.