Azərbaycan-Avstriya Qarışıq Komissiyasının yeni tərkibi təsdiq edilib

Bölmə: Siyasət › ,
Tarix: 15:57 02.06.2025

Azərbaycan Respublikası ilə Avstriya Respublikası arasında iqtisadiyyat, kənd təsərrüfatı, sənaye, texnika və texnologiya sahələrində əməkdaşlıq üzrə Qarışıq Komissiyanın Azərbaycan Respublikası tərəfindən yeni tərkibi təsdiq edilib.

 

“İnformator.az” President.az-a istinadən xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Sərəncama əsasən, rəqəmsal inkişaf və nəqliyyat nazirini Azərbaycan-Avstriya Qarışıq Komissiyasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini əvəz edib.


Bundan başqa, mədəniyyət nazirinin müavini və Dövlət Turizm Agentliyi sədrinin müavini komissiyanın tərkibinə daxil edilib.


"Azərbaycan Hava Yolları" Qapalı Səhmdar Cəmiyyətinin birinci vitse-prezidenti isə komissiyanın tərkibindən çıxarılıb.