Türkiyə BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilib

Tarix: 22:48 05.06.2025
Türkiyə 2026-2028-ci illər üçün Birləşmiş Millətlər Təşkilatının İqtisadi və Sosial Şurasına üzv seçilib.
Türkiyənin BMT-dəki (BMT) Daimi Nümayəndəsi Əhməd Yıldız X sosial media hesabından etdiyi paylaşımda Türkiyənin 2026-2028-ci illər üçün İqtisadi və Sosial Şuraya (ECOSOK) seçildiyini açıqlayıb. Yıldız üzv dövlətlərə göstərdikləri dəstəyə görə təşəkkür edib və seçilən digər ölkələri də təbrik edib. Yıldız, "Qlobal inkişaf gündəmini irəli aparmaq üçün birlikdə işləməyi səbirsizliklə gözləyirik" deyib.
TRT haber
Ayşən Səlimova