Hüquq müdafiəçilərindən Trampın səyahət qadağasına etiraz

Tarix: 22:52 05.06.2025
İnsan hüquqları üzrə fəaliyyət göstərən təşkilatlar Donald Trampın yeni səyahət qadağasına kəskin reaksiya veriblər. “Human Rights First” təşkilatı bildirib ki, bu qadağa əsasən müsəlmanların yaşadığı ölkələri hədəf alır və ABŞ-nin hüquq bərabərliyi prinsiplərini pozur.
Təşkilatın qaçqınlarla bağlı siyasət üzrə direktoru Robin Barnard bu siyasəti “bölücü və irqçi” adlandırıb.
“Bu, Trampın birinci dövründə tətbiq etdiyi müsəlman qadağasının davamıdır. Qaçqınlara, sığınacaq axtaranlara və sevdikləri ilə birləşmək istəyən insanlara zərər vuracaq".
“Prezident Trampın yeni səyahət qadağası ayrı-seçkiliyə, irqi nifrətə əsaslanır və tamamilə qəddardır. Bu addım nifrət və yalan məlumat yaymaqdan başqa bir şey deyil".
The Guardian
Selcan Əhmədli