İstintaq başladılıb

Tarix: 22:54 05.06.2025
Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl haqqında İstanbul Baş prokuroru Akın Gürlekin ünvanına söylədiyi fikirlərə görə vəzifəli şəkildə istintaq başladılıb.
Ankara Respublika Baş Prokurorluğu da iş üzrə istintaqa başlayıb.
İstanbul Respublika Prokurorluğu Özəl haqqında Gürleklə bağlı söylədiyi fikirlərə görə "ədliyyə məmurunu vəzifəsini yerinə yetirməsinə mane olmaq üçün təhdid etmək" və "vəzifəsinə görə dövlət məmurunu açıq şəkildə təhqir etmək" cinayətləri ilə bağlı istintaq başladıldığını açıqlayıb.
Tunç, "CHP sədrinin İstanbul Respublika Baş Prokurorumuzu və ədliyyə üzvlərini davam edən araşdırmalarla hədəf alan təhdid xarakterli açıqlamaları tamamilə qəbuledilməzdir”,-deyib.
CHP istintaqa reaksiyalar:
CHP Özgür Özəl haqqında açılan istintaqa bir-birinin ardınca reaksiya verib.
CHP-nin sədr müavini Erhan Adem və CHP Qrup sədr müavini Murat Əmir Özəl çıxışının X hesabındakı paylaşımlarında Gürleki tənqid etdiyi hissəni paylaşıblar.
Erhan Adem, "Bütün sui-qəsdləri bir-bir təkzib edəcəyik. Cənab Özgür Özəl sədrimizin rəhbərliyi ilə sona qədər hər cür mübarizəyə hazırıq. Gedək!"
Murat Əmir açıqlamasında "Hakimlik vəzifəsini yerinə yetirən bir şəxs davamlı olaraq qanunları pozursa və düşmən cinayət qanunlarını tətbiq edirsə, bir gün onun hesabını verəcəklərini söyləmək bizim borcumuzdur, Akın Gürlek!"
CHP İstanbul İl sədri Özgür Çelik də partiyanın hər bir əsgərinin hər cür təhqiqat və hücuma qarşı başqan Özgür Özəl yanında ayağa qalxmağa hazır olduğunu bildirib.
Çelik, "Qorxmuruq! Vaz keçməyəcəyik! Qərarlıyıq!".
BBC
Fatimə Şahverdiyeva