HƏMAS-a qarşı Fələstin klanlarından istifadə etdik -Netanyahu

Bölmə: Dünya › ,
Tarix: 23:05 05.06.2025

"İsrail Qəzzada HƏMAS-a qarşı olan Fələstin klanlarını silahlandırır".

 

"İnformator.az" "Axar.az"a istinadən xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

 

“Təhlükəsizlik qüvvələri ilə məsləhətləşərək, biz Qəzzada HƏMAS-a qarşı olan klanlardan istifadə etdik", - o bildirib.

Netanyahunun sözlərinə görə, bu addım, İsrail əsgərlərinin həyatını xilas edir.

 

 

" Bu, yalnız işimizin xeyrinədir, çünki əsgərlərimizin həyatını xilas edir", - o söyləyib.