"Putini iki dəfə buna məcbur etmişəm"

Tarix: 10:10 06.06.2025
Kreml rəhbəri Vladimir Putinlə iki dəfə danışaraq onu Ukraynada sülhə məcbur etməyə çalışdım.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə Braziliya Prezidenti Lusi İnasiu Lula da Silva deyib.
“Gördüm ki, Tramp X səhifəsində rusiyalı həmkarı Vladimir Putinlə danışdığını və söhbətin bir o qədər yaxşı keçmədiyini bildirib. Mən isə Putinə şəxsən deyərdim ki, müharibəni geridə qoymağın vaxtı çatıb. Müharibə heç nə yaratmır, əksinə hər şeyi məhv edir”, - deyə o bildirib.