Kiyevdə elektrik enerjisi kəsilib minlərlə insan işıqsız qalıb

Tarix: 10:52 06.06.2025
Rusiyanın hücumu nəticəsində Kiyevin sol sahilində 2167 ailə işıqsız qalıb.
"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, bu barədə DTEK şirkəti məlumat yayıb.
“İşığı hər bir evə mümkün qədər tez qaytarmaq üçün əlimizdən gələni edirik”, - deyə şirkətdən bildirilib.
Xatırladaq ki, iyun ayının 6-na keçən gecə Ukraynanın paytaxtı Rusiyanın raket və dron hücumuna məruz qalıb. Zərbələr nəticəsində mülki infrastruktur obyektləri, yaşayış binaları, avtomobillər və metro yolları zədələnib. Dörd nəfər həlak olub, 20 nəfər yaralanıb.