İki azyaşlı Ermənistan sakini azaraq Azərbaycan ərazisinə keçib

Bölmə: Dünya › ,
Tarix: 12:25 06.06.2025

 

Ermənistanın Zəngəzur (Sünik) rayonunun Dığ kəndinin iki azyaşlı sakini azaraq Azərbaycan ərazisinə keçib.


Bu barədə "İnformator.az" Ermənistan KİV-ə istinadən xəbər verir.

 

Məlumata görə, Karen Armenoviç Cangiryan (27 iyun 2007-ci il təvəllüdlü) və Andrey Armenoviç Qyaqunts (13 yanvar 2008-ci il təvəllüdlü) adlı şəxslər Ərəvus kəndi yaxınlığında azaraq Azərbaycan ərazisinə düşüblər. Bildirilir ki, onlar Azərbaycan ərazisinə keçmiş ola biləcək mal-qaranı qovurmuşlar.