İrandan 3 Avropa ölkəsinə xəbərdarlıq

Tarix: 17:57 06.06.2025
İranın Xarici İşlər naziri Abbas Əraqçi, Böyük Britaniya, Almaniya və Fransanı İranın nüvə proqramına dair mövqelərinə görə xəbərdar edərək bildirib:
“Avropa üçlüyü yeni bir strateji səhvin astanasındadır. İran hüquqlarının pozulmasına qarşı sərt və qətiyyətli cavab verəcək”.
İranın Xarici İşlər naziri Abbas Əraqçidən Böyük Britaniya, Almaniya və Fransaya xəbərdarlıq gəlib. Əraqçi sosial media hesabında etdiyi paylaşımda bu üç ölkəni İranın nüvə proqramına qarşı addım atmamağa çağırıb. İranlı nazir, İranın illərdir Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə konstruktiv əməkdaşlıq etdiyini xatırladaraq, indi isə ölkəsinin “öhdəliklərini yerinə yetirməməkdə” günahlandırılmasını əsassız adlandırıb.
Əraqçi bildirib:
“İllərlə davam edən müsbət əməkdaşlığa baxmayaraq, ölkəm yenidən əsassız ittihamlarla üz-üzə qalıb. Avropa üçlüyü, xoşniyyətli dialoq əvəzinə, BAEA-nın İdarə Heyətində İran əleyhinə mənfi niyyətli addım atıb”.
Haber Global
Nuray Əliyeva