ABŞ-dən Şimali Koreyanın Rusiyaya hərbi dəstəyinin dayandırılması çağırışı

Tarix: 18:06 06.06.2025
ABŞ Dövlət Departamenti, Şimali Koreyanın Rusiyaya hərbi dəstək göstərməsinin və Moskvanın bu dəstəyə qarşılıq olaraq göstərdiyi yardımların dayandırılmalı olduğunu bəyan edib.
Dövlət Departamentinin sözçü müavini Tommi Pigot gündəlik mətbuat konfransında çıxış edib.
Pigot bildirib:
“Şimali Koreyanın müharibəyə birbaşa müdaxiləsi, Rusiyaya hərbi qüvvə göndərməsi və Rusiyanın qarşılığında göstərdiyi hər cür dəstəyin sona çatması ilə bağlı narahatlıqlarımız davam edir”.
O, daha əvvəl də Şimali Koreya və Rusiya ilə bağlı dəfələrlə açıqlama verildiyini xatırladaraq deyib:
“Əvvəllər də qeyd etdiyimiz kimi, Şimali Koreya kimi Rusiya-Ukrayna müharibəsinə töhfə verən üçüncü ölkələr bu müharibədə məsuliyyət daşıyırlar”.
Xatırladaq ki, Şimali Koreya lideri Kim Çen In 4 iyun tarixində Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunu qəbul edib.
Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidmətindən verilən açıqlamada, tərəflərin beynəlxalq məsələlərlə yanaşı, Rusiya ilə Şimali Koreya arasındakı ikitərəfli əməkdaşlığı da müzakirə etdikləri bildirilib.
Kim, bu səfərdən sonra dünən verdiyi açıqlamada, Ukrayna müharibəsi də daxil olmaqla bütün əsas beynəlxalq siyasi məsələlərdə Rusiyanı qeyd-şərtsiz dəstəkləyəcəyini bəyan edib.
Haber Global
Nuray Əliyeva