Paşinyanla Pezeşkian telefonla danışıb

Tarix: 18:51 06.06.2025
Ermənistanın Baş naziri Nikol Paşinyanla İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı baş tutub.
“İnformator.az" xəbər verir ki, bu barədə məlumatı Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan sosial şəbəkə hesablarında paylaşıb.
Onun sözlərinə görə, tərəflər iki ölkə arasındakı münasibətlər, eləcə də regional təhlükəsizlik məsələlərini müzakirə ediblər.