Brüsselin əsəb oyunu

Bölmə: Dünya › ,
Tarix: 18:56 06.06.2025

Gürcüstanda son günlərdə siyasi gərginlik daha da artmaqdadır. Gürcüstanın hakim partiyası "Gürcü Arzusu – Demokratik Gürcüstan"ın baş katibi və Tbilisi meri Kaxa Kaladze bildirib ki, Avropa bürokratları mövcud hökumətdən narazıdır və onu Qərbə sadiq müxalifətlə əvəz etməyə çalışırlar.

 

"Son illərdə bir neçə dəfə hökumət çevrilişi cəhdləri olub, bunların hamısı xaricdən maliyyələşdirilib. Gürcüstanda xalqın maraqlarını müdafiə edən vətənpərvər hökumət mövcuddur, bu da bəzi xarici dairələrin xoşuna gəlmir", – deyə Kaladze vurğulayıb. Kaladze Avropa rəsmilərinin xarici agentlər haqqında qanunu tənqid etməsinə də münasibət bildirib: "Onlar bizim şəffaflıq qanunumuzu antidemokratik sayır, amma Brüsseldə də eyni məzmunlu qanun layihəsi müzakirə olunur".

 

Caliber
Billurə Quliyeva