İsrailin Beyruta hücumları beynəlxalq razılaşmaların açıq şəkildə pozulmasıdır

Bölmə: Dünya › ,
Tarix: 19:09 06.06.2025

Livan prezidenti Cozef Aun, işğalçı İsrail hökumətinin Qurban bayramı ərəfəsində paytaxt Beyrutun cənubundakı Dahiya bölgəsinə həyata keçirdiyi hava hücumunu “beynəlxalq razılaşmanın açıq şəkildə pozulması və regionda ədalətli sülh şərtlərinin rədd edilməsinin sübutu” kimi qiymətləndirib.


Livanın rəsmi agentliyi NNA-nın məlumatına görə, prezident Aun axşam saatlarında İsrailin döyüş təyyarələri tərəfindən Dahiyəyə endirdiyi səkkiz hava hücumunu pisləyərək, "Bu hücumlar təkcə beynəlxalq razılaşmaların deyil, həm də insan hüquqlarının, dini dəyərlərin və regional sabitliyin açıq şəkildə pozulmasıdır" dedi.


İsrailin hücumlarının sülh və sabitlik tələblərini qəbul etmədiyini açıq şəkildə göstərdiyini vurğulayan Aun, "Bu vəhşiliyə görə məsuliyyət daşıyan tərəf (İsrail) ABŞ və siyasətlərinə mesaj verir; bu mesaj Beyrutun ürəyindən və tökülən günahsız qanlar vasitəsilə verilir. Livan bu mesajı heç vaxt qəbul etməyəcək" deyib.

 

TRT haber

Ayşən Səlimova