Şimali Koreya lideri Kim Rusiyaya qeyd-şərtsiz dəstək vədi verib

Bölmə: Dünya › ,
Tarix: 19:13 06.06.2025

 

Şimali Koreya lideri Kim Çen İn Ukrayna müharibəsi də daxil olmaqla bütün mühüm beynəlxalq siyasi məsələlərdə Rusiyanı qeyd-şərtsiz dəstəkləyəcəyini bildirib.

 

Şimali Kore Mərkəzi Xəbər Agentliyi (KCNA), Rusiyanın Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun Şimali Koreyanın paytaxtı Pxenyana etdiyi səfərlə bağlı açıqlama verib.

 

Açıqlamaya görə, tərəflər genişmiqyaslı strateji tərəfdaşlığın gücləndirilməsi və müxtəlif sahələrdə əməkdaşlığın artırılması məsələlərini müzakirə ediblər.

 

Görüş zamanı Kim Çen İn Rusiyaya, o cümlədən Rusiya-Ukrayna müharibəsi də daxil olmaqla bütün mühüm beynəlxalq siyasi məsələlərdə qeyd-şərtsiz dəstək verəcəyini bildirib.

 

Şimali Koreya lideri Kim dünən Pxenyanda Sergey Şoyqunu qəbul edib.

Rusiyanın Təhlükəsizlik Şurasının mətbuat xidmətinin yaydığı məlumatda bildirilir ki, tərəflər beynəlxalq məsələlərlə yanaşı, Rusiya ilə Şimali Koreya arasında ikitərəfli əməkdaşlıq məsələlərini də müzakirə ediblər.

 

TRT XƏBƏR

Lalə Qurbanlı