1199-cu gün: Rusiya Ukraynanın itkilərini yeniləyib

Bölmə: Dünya › ,
Tarix: 19:17 06.06.2025

Rusiya müharibənin 1199-cu günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

 

''İnformator.az'' xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

 

“Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 663 təyyarəsi, 283 helikopteri, 61 813 PUA-sı, 610 zenit-raket kompleksi, 23 790 tank və digər zirehli texnikası, 1 570 reaktiv yaylım atəş sistemi, 25 782 artilleriya və minaatanı, 36 533 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, - o bildirib.