Yaponiyada bayram namazı 3 dəfə qılınıb

Tarix: 19:30 06.06.2025
Yaponiyanın paytaxtı Tokio və ətraf bölgələrində yaşayan müsəlmanlar Qurban bayramı sevincini yaşayırlar.
Dünyanın müxtəlif ölkələrindən yüzlərlə müsəlman bayram namazını qılmaq üçün Tokio Məscidinə axışıb. Səhərin erkən saatlarından məscidin qarşısında uzun növbələr yaranıb, iştirakın çoxluğu səbəbindən bayram namazı 3 dəfə qılınıb.
Minlərlə kilometr uzaqda, vətənlərindən kənarda Qurban bayramını qeyd edən müsəlmanlar Tokio Məscidində bir-biri ilə bayramlaşıblar.
TRT Xəbər
Xəlilli Nigar