İstanbulda bayramın ilk günü 829 nəfər xəstəxanaya müraciət edib

Tarix: 19:42 06.06.2025
İstanbul İl Səhiyyə İdarəsinin müdiri dosent Dr. Abdullah Emre Güner sosial media hesabında verdiyi açıqlamada bildirib ki, “Bu gün İstanbulda yol qəzaları nəticəsində 53 vətəndaşımız, qurban kəsimi ilə bağlı yaranan travmalar səbəbindən isə 776 vətəndaşımız xəstəxanalarımıza müraciət edib.
Bir qadın vətəndaşımız isə qurban kəsimi aparılan məkanda olduğu zaman ürək tutması keçirərək aparıldığı xəstəxanada həyatını itirib”.
Həyatını itirən şəxsə Allahdan rəhmət, bütün yaralılara isə təcili şəfa arzulayan Güner, qurban kəsmənin peşəkar şəxslər tərəfindən, uyğun və təhlükəsiz şəraitdə həyata keçirilməsinin həyati əhəmiyyət daşıdığını vurğulayıb.
TRT Xəbər
Xəlilli Nigar