İlon Mask yazıqdır - Tramp

Bölmə: Dünya › ,
Tarix: 19:54 06.06.2025

ABŞ Prezidenti Donald Tramp milyarder İlon Maskı yazıq adlandırıb.

 

''İnformator.az''xəbər verir ki, Tramp bunu CNN-ə müsahibəsində deyib.

 

“İlon barədə heç düşünmürəm. Onun problemləri var. Yazıq, onun problemləri var”, - Tramp bildirib.

 

Qeyd edək ki, dünən İlon Maskla Donald Tramp arasında ABŞ prezidentinin təklif etdiyi büdcə layihəsi ilə bağlı mübahisə yaranmışdı.