Lula da Silva: BRİKS sammitində süni intellekt idarəetməsi üzrə ilk bəyannamə qəbul ediləcək

Tarix: 19:59 06.06.2025
BRİKS ölkələri iyulda Rio-de-Janeyroda keçiriləcək sammitdə süni intellekt idarəçiliyinin əsaslarına dair dünyanın ilk birgə deklarasiyasını qəbul edəcəklər.
''İnformator.az''ın məlumatına görə, bunu Braziliya Prezidenti Luis İnasiu Lula da Silva deyib.
"BRİKS sammitində süni intellektin idarə olunmasına dair deklarasiya qəbul olunacaq. O, hamıya xidmət etməlidir", - dövlət başçısı respublika hökumətinin yutub kanalında yayımlanan çıxışı zamanı deyib.
Braziliya lideri qeyd edib ki, süni intellektin tənzimlənməsi üçün vahid qaydaların olmaması yalnız böyük korporasiyaların xeyrinədir.
"Süni intellekt istehsalın və təhsilin əsaslarını dəyişdirir. Açılan imkanlar sərhədsizdir, lakin risklər heç də az deyil", - Lula da Silva vurğulayıb.