ABŞ-də elmi-fantastik filmləri xatırladan görüntülər

Bölmə: Dünya › ,
Tarix: 17:16 09.06.2025

 

ABŞ-nin Los Anceles şəhərində qeyri-qanuni miqrantların saxlanılmasına etiraz edən nümayişçilər sürücüsüz avtomobilləri yandırıblar. Etirazlar zamanı elmi-fantastik filmləri xatırladan görüntülər qeydə alınıb. ABŞ Prezidenti Donald Tramp vəziyyətlə bağlı “Durum həqiqətən pis görünür. Ordu birliklərini gətirin” deyə açıqlama verib.

 

ABŞ-nin Kaliforniya ştatının Los Anceles şəhərində ölkəyə qeyri-qanuni yollarla daxil olan şəxslərin saxlanmasına qarşı keçirilən etiraz aksiyaları nəzarətdən çıxıb.

 

Küçələrə axışan etirazçılar qeyri-adi bir üsula əl atıblar. Onlar sürücüsüz işləyən avtonom avtomobilləri çağıraraq həmin maşınları yararsız hala salıblar. Görüntülərdə alov içində qalan avtomobillər və yüksələn tüstü elmi-fantastik səhnələri xatırladır.

 

Yerli təhlükəsizlik qüvvələri ilə yanaşı, Milli Qvardiya da şəhərin bəzi hissələrində xidmətə cəlb olunub. Kalabalığın azalmadığı, əksinə zaman-zaman nümayişçilərlə polis arasında toqquşmaların baş verdiyi bildirilir. Gömrük mühafizə qüvvələrinin çox sayda qanunsuz miqrantı saxladığı Los Anceles şəhər mərkəzində yerləşən Metropoliten Həbsxanası nümayişlərin əsas mərkəzi olub və hazırda bu ərazidə qarşıdurmaların davam etdiyi qeyd olunur.

 

Bundan əlavə, təhlükəsizlik qüvvələrinin zaman-zaman etirazçılara qarşı gözyaşardıcı qaz və plastik güllələrdən istifadə etdiyi vurğulanır. Los Anceles Polis Kapitanı Raul Jovel etirazlar zamanı polis əməkdaşlarının hücuma məruz qaldığını bildirərək saxlamaların davam etdiyini və şəhər mərkəzinin “qanunsuz toplaşma zonası” elan edildiyini açıqlayıb.

 

Digər tərəfdən, avstraliyalı müxbir Loren Tomasi Los Ancelesdəki etirazları işıqlandırarkən polis tərəfindən atılan plastik güllə ilə ayağından vurulub, lakin ciddi xəsarət almayıb.

 

Haberler.com

Aygün Babayeva