Rusiya ilə həlak olanların meyitlərinin mübadiləsi üzərində iş aparılır

Bölmə: Dünya › ,
Tarix: 17:41 09.06.2025

Ukrayna Rusiya ilə həlak olmuş əsgərlərin meyitlərinin "6000-in 6000-ə" formatında mübadiləsi üzərində işləyir.

 

"İnformator.az" Ukrayna KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Rüstəm Umerov sosial şəbəkələrdə bildirib.

 

O, bu gün Rusiya ilə əsirlərin irimiqyaslı mübadiləsinin ilk mərhələsinin keçirildiyini xatırladıb. R.Umerovun sözlərinə görə, İstanbulda əldə edilmiş razılaşmalar ayrı-ayrı kateqoriyalardan olan hərbi əsirlərin: ağır yaralıların, ciddi xəstəlikləri olanların və 25 yaşına çatmayan hərbçilərin mərhələli şəkildə qaytarılmasını nəzərdə tutur.


Müdafiə naziri mübadilə prosesinin yaxın günlərdə davam edəcəyini qeyd edib. "Ukrayna hər gün "hamının hamıya" mübadilə formulunun reallığa çevrilməsi üzərində işləyir", - o bildirib.