Cənubi Koreya Polşa ilə 6 milyardlıq tank sazişi imzalayır

Bölmə: Dünya › ,
Tarix: 13:42 10.06.2025

 

Cənubi Koreya Polşa ilə tarixindəki ən iri silah ixracı razılaşmasını yekunlaşdırmağa hazırlaşır. Saziş çərçivəsində Varşavaya 180 ədəd K2 döyüş tankı çatdırılacaq. Razılaşmanın ümumi dəyəri 6 milyard ABŞ dolları təşkil edir.

 

Bu müqavilə Polşanın Rusiya-Ukrayna müharibəsi fonunda artan təhlükəsizlik narahatlıqları səbəbilə ordusunu gücləndirmək istiqamətində atdığı addımların bir hissəsidir.

 

Sazişin 2025-ci ilin iyun ayının sonunda imzalanması gözlənilir. Planlaşdırmaya əsasən, 180 tankdan 117-si Cənubi Koreyanın müdafiə sənayesi şirkəti olan Hyundai Rotem Co. tərəfindən istehsal olunacaq. Qalan 63 tank isə Polşanın dövlətə məxsus PGZ şirkəti tərəfindən yerli istehsalla təmin ediləcək.

 

Cənubi Koreya bu razılaşmanı uzunmüddətli hərbi-sənaye tərəfdaşlığının əsasını qoyacaq addım kimi qiymətləndirir. Hər iki ölkə Avropada artan silah tələbatını qarşılamağı hədəfləyir.

 

Qeyd edək ki, bu sazişin ilkin olaraq 2023-cü ilin sonlarında imzalanması planlaşdırılsa da, Cənubi Koreyada dekabrda baş vermiş uğursuz hərbi çevriliş cəhdi və digər siyasi proseslər səbəbindən gecikdirilib.

 

ANEWZ

Gülhüseynova Güllər