Nigeriyanın Sokoto əyalətində baş verən partlayışda 6 nəfər ölüb

Bölmə: Dünya › ,
Tarix: 14:15 10.06.2025

Nigeriyanın şimal-qərbində yerləşən Sokoto əyalətində baş verən partlayış nəticəsində 6 nəfər həyatını itirib.

 

Sokoto Polis İdarəsinin sözçüsü Əhməd Rufai verdiyi yazılı açıqlamada bildirib ki, əyalətin Qvabro kəndində baş verən partlayışın əl ilə hazırlanmış partlayıcı qurğudan qaynaqlandığı ehtimal olunur.

 

Rufainin sözlərinə görə, partlayış nəticəsində 6 nəfər ölüb. Çox sayda insan isə yaralanıb.

 

Rufai hadisə ilə bağlı istintaqın davam etdiyini qeyd edib. Lakin partlayışla bağlı əlavə məlumat verməyib.

 

Qeyd edək ki, Nigeriya uzun müddətdir ölkənin müxtəlif bölgələrində silahlı dəstələrlə yanaşı, “Boko Haram” və İŞİD-in Qərbi Afrika qolu olan ISWAP terror təşkilatlarının hücumları ilə üz-üzədir.

 

“Lakurawa” adlı qrup isə ölkə rəhbərliyi tərəfindən yanvar ayında terrorçu təşkilat kimi tanınıb.

 

 

TRT Xəbər 

Nuray Əliyeva