12 ölkənin vətəndaşı ABŞ‑yə girməyəcək

Bölmə: Dünya › ,
Tarix: 14:15 10.06.2025

ABŞ Prezidenti Trampın “səyahət qadağası” qərarı qüvvəyə minib. 12 ölkənin vətəndaşları ABŞ‑yə girişdən tamamilə məhrum edilib.

 

Qadağa Orta Şərq və Afrikada yerləşən İran, Əfqanıstan, Somali və Yəmən ölkələrini əhatə edir. Bundan əlavə, Asiyadan Myanma və Amerikadan Haiti də siyahıda yer alıb.

 

Eyni zamanda, 7 ölkəyə məhdudiyyət tətbiq edilib: Kuba, Türkmənistan və Venesuela da daxil olmaqla digər ölkələr də qismən qadağaya məruz qalır.

 

Ancaq bəzi istisnalar da vardır. Qərar qüvvəyə mindiyi vaxta qədər viza almış şəxslər ABŞ‑yə daxil ola bilərlər. ABŞ hökuməti ilə yaxın əlaqəsi olan şəxslər, beynəlxalq yarışlarda iştirak edən idmançılar və Əfqanıstan və İranın miqrant vizası sahibləri qadağadan azad ediliblər.

 

Trump bildirir ki, bu qərar yalnız “nəzarətdə saxlana bilməyən” ölkələrə qarşı yönəlib və gələcəkdə siyahıya yeni ölkələrin əlavə edilə biləcəyini qeyd edib.

 

Haber Global 

Nuray Əliyeva