Rusiya Ukraynaya məxsus 103 PUA-nı məhv edib

Tarix: 14:35 10.06.2025
Rusiya Müdafiə Nazirliyi bir gecədə Moskva və Leninqrad da daxil olmaqla, ölkə boyu 103 Ukrayna İHA-nın vurulduğunu açıqlayıb. İHA-ların təyyarə tipli olduğu bildirilir.
Ukraynanın həyata keçirdiyi hücumlarla bağlı nazirlikdən verilən açıqlamada dünən yerli vaxtla 21:50-dən 05:50-dək Rusiya hava hücumundan müdafiə sistemlərinin Ukrayna təyyarə tipli PUA-larını vurduğu qeyd edilib. Açıqlamada Moskva vilayətində 3 PUA-nın vurulduğu, Tatarıstanda 4, Leninqrad vilayətində 2, Smolensk vilayətində 1 PUA-nın məhv edildiyi, sərhəd bölgələri də daxil olmaqla 102 PUA-nın məhv edildiyi bildirilib.
A haber
Asiman Vəliyeva