Maskın Trampla yaşanan gərginliklə bağlı təəssüf mesajı

Tarix: 12:30 11.06.2025
Amerikalı milyarder iş adamı İlon Mask son vaxtlar mübahisə etdiyi ABŞ prezidenti Donald Trampla bağlı bəzi paylaşımlarına görə peşman olduğunu bildirib.
Mask X sosial media hesabında son günlər Trampla yaşadığı gərginliklə bağlı paylaşım edib.
"Tramp haqqında yazdığım bəzi yazılara görə təəssüflənirəm" deyən Mask bu yazılarda "həddindən artıq irəli getdiyini" qeyd edib.
Tramp və Mask arasında debat.
ABŞ prezidenti Tramp bir müddət əvvəl Ağ Evdəki vəzifəsindən ayrılan və Konqresin gündəmində olan vergilərin azaldılması qanun layihəsini sərt tənqid edən iş adamı Maskın açıqlamalarından böyük məyus olduğunu bildirib.
Tramp, "Elonla çox yaxşı münasibətimiz var idi, amma bu münasibətin artıq yaxşı getdiyini bilmirəm. Ona çox kömək etsəm də, Elondan çox məyus oldum" , - deyib.
X hesabından Trampın açıqlamalarına cavab verən Musk, "Mən olmasaydım, Tramp seçkiləri uduzardı. Demokratlar Nümayəndələr Palatasına nəzarət edər, Respublikaçılar isə Senatda 51-49 səs çoxluğuna sahib olardılar" şərhini verib.
Trampın xəzinə borc yükü ilə bağlı əvvəlki X yazılarına da toxunan Elon Musk, "Bu adam bu gün haradadır?" və "Böyük Çirkin Qanun büdcə kəsirini daha 2,5 trilyon dollar artıracaq!"
Mask həmçinin ABŞ prezidenti Trampın adının qızlara qarşı cinsi istismar və fahişəlik şəbəkəsi yaratmaq ittihamı ilə həbsdə ölü tapılan milyarder Ceffri Epstein-in işi ilə bağlı dosyelərdə yer aldığını iddia edib.
TRT XƏBƏR
Fatimə Şahverdiyeva