"Daha ​​çox güc əldə etmək cəhdi” 

Bölmə: Dünya › ,
Tarix: 12:33 11.06.2025

 

ABŞ senatoru Bernie Sanders, Donald Tramp administrasiyasının Los-Ancelesdəki qeyri-qanuni mühacirlərə dəstək nümayişlərinə qarşı qoşun yeritmək qərarını “daha ​​çox güc əldə etmək cəhdi” kimi tənqid edib.

Sanders, Instagram sosial media platformasında yayımladığı videoda Trampın Milli Qvardiya və Dəniz Piyadalarını Los-Ancelesə göndərməsinə reaksiya verib.

 

Trampın bu addımının etirazlarla bağlı olmadığını iddia edən Sanders Los-Ancelesə qoşun yeritməsini “şübhəli hüquqi səlahiyyətlərlə öz gücünü artırmaq cəhdi” kimi qiymətləndirib.

 

Sanders, Milli Qvardiyanın yerləşdirilməsinin əyalət qubernatorunun səlahiyyəti olduğunu vurğulayıb və Trampın bu addımını “absurd və gülünc” kimi qiymətləndirib.

 

Los-Ancelesdə anti-ICE etirazları.

Los-Ancelesdə İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) tərəfindən saxlanılan qeyri-qanuni mühacirlərə dəstək nümayişləri davam edərkən, Donald Tramp administrasiyası baş verənlərə sərt reaksiya verib.

 

Anti-ICE etirazları zamanı çoxlu sayda etirazçı saxlanılıb, təhlükəsizlik qüvvələri ilə etirazçılar arasında ara-sıra toqquşmalar baş verib, bir çox avtomobil bəzi etirazçılar tərəfindən yandırılaraq yararsız hala salınıb.

 

Los-Ancelesdəki vəziyyətə nəzarət etmək üçün ABŞ prezidenti Tramp əvvəlcə bölgəyə 2000-ə yaxın Milli Qvardiyaçı göndərdiyini, daha sonra isə əlavə olaraq 2000 mühafizəçi və 700 dəniz piyadasının yerləşdirildiyini açıqlayıb.

 

TRT XƏBƏR

Fatimə Şahverdiyeva