Türkiyə paytaxtında 49-cu Het rallisi keçiriləcək
.jpg)
Tarix: 18:16 12.06.2025
14–15 iyun tarixlərində Türkiyənin Ankara vilayətinin Beypazarı rayonunda 49-cu Het rallisi baş tutacaq.
Ankara Avtomobil İdmanı Klubunun verdiyi məlumata görə, yarış 14 iyun, şənbə günü saat 17:30-da başlayacaq. Yarışın ilk mərhələsi Beypazarında yerləşən “75-ci ildönümü bulvarı”ndan start götürəcək.
15 iyun, bazar günü isə komandalar səhər saat 09:00-dan etibarən “Macun”, “Karaören” və “Petrol Ofisi Maxima” adlı xüsusi yolları iki dəfə keçəcəklər.
Yarış çınqıllı (daşlı) yollar üzərində keçiriləcək. Mükafatlandırma mərasimi isə eyni gün saat 17:00-da baş tutacaq.
Anadolu Agency
Ayan Əsgərova