Nazir MM-də elan edib: İslahatlara başlanılıb

Bölmə: Sosial › ,
Tarix: 12:52 13.06.2025

"Azərbaycanda dövlət maliyyəsinin daha səmərəli idarə edilməsi ilə bağlı islahatlara başlanılıb".

 

"İnformator.az" xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bu gün keçirilən plenar icasında bildirib.

Onun sözlərinə görə, islahatlar çərçivəsində dövlət büdcəsinin gəlir və xərclərinin təhlil edilməsi, optimallaşdırılması, dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, mühasibat uçotu sahəsində təkmilləşdirmə işlərinin aparılması, rəqəmsal idarəetmə və müasir elektron həllərin büdcə prosesinə təbiqi təmin ediləcək.

 

"Milli Məclisdə büdcə ilə bağlı səsləndirilən rəy və təkliflərə islahatlar çərçivəsində bir daha baxılacaq", - deyə nazir qeyd edib.