İsrail Təbrizdə bu stansiyanı dağıdıb

Bölmə: Dünya › ,
Tarix: 12:55 13.06.2025

Bu gün səhər saatlarında İsrailin hava zərbələri nəticəsində Təbrizdə yerləşən "Subaşı" radar stansiyası dağıdılıb.

"İnformator.az" xəbər verir ki, bu haqda "Mehr" məlumat yayıb.

“Subaşı” İranın ən qərbində yerləşən radar stansiyası olduğu üçün xüsusi əhəmiyyət daşıyırdı.

 

Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid və bir neçə nüvə alimi öldürülüb.