Xamenei Bagirinin yerinə onu təyin edib

Tarix: 13:18 13.06.2025
İran Baş Qərargah və İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yeni rəhbərlərini təyin edib.
"İnformator.az" xəbər verir ki, bu barədə İran KİV-i məlumat yayıb.
Qeyd olunub ki, Əbdülrəhim Musəvi İranın Baş Qərargah rəisi, Məhəmməd Pakpur isə SEPAH-ın komandanı təyin edilib.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general-leytenant Məhəmməd Bagiri, İslam İnqilabı Keşikçiləri Korpusunun komandiri Hüseyn Salami, SEPAH generalı Qulaməli Rəşid, nüvə alimləri Məhəmməd Mehdi Tehrançı və Firudin Abbasi öldürülüb.