Səudiyyənin XİN başçısı Arakçı ilə danışıb

Tarix: 13:22 13.06.2025
Səudiyyə Ərəbistanının xarici işlər naziri, şahzadə Feysal bin Fərhan əl-Səud iranlı həmkarı Abbas Arakçı ilə telefon danışığı aparıb.
"İnformator.az" xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, telefon danışığı zamanı şahzadə İsrailin İrana hücumlarını pisləyib və böhranın həlli üçün dialoqa çağırıb.