Böyrək çatışmazlığı

Tarix: 13:45 13.06.2025
Böyrəklər insan orqanizmində qanı zərərli maddələrdən təmizləyən, su-duz balansını tənzimləyən və hormonal fəaliyyətlərdə iştirak edən əsas orqanlardandır.
Mövzu ilə bağlı uroloq Vaqif Rüstəmov "İnformator.az"a açıqlamasında bildirib ki, böyrək çatışmamazlığının 2 növü var: kəskin və xroniki:
"Kəskin növü insan zəhərləndikdə, böyrəyin qopması və tək böyrəyin çıxarılması zamanı yaranır. Xroniki böyrək çatışmamazlığı isə sistem xəstəlikləri, iltihabi proseslər, böyrək daşı xəstəliyi və başqa səbəblərdən yaranır. Bu xəstəliyin ilkin əlaməti xəstədə ürək bulanma, qusma, iştahsızlıq, baş ağrısı və baş gicəllənməsidir. Müalicəsi üçün isə xəstəyə qohum böyrəyi və ya donor böyrəyi köçürülməlidir".
Fatimə Heydərova