Livan Hizbullaha xəbərdarlıq edib

Bölmə: Dünya › ,
Tarix: 14:15 13.06.2025

 

Livan hökuməti Hizbullahı İranın İsrailə qarşı planlaşdırdığı cavab hücumuna qatılmamağa sərt şəkildə xəbərdar edib. Bu, təşkilatın dövlətin razılığı olmadan təkbaşına hərbi əməliyyatlara başlamasına qarşı açıq mövqe kimi qiymətləndirilir.

 

Səudiyyə Ərəbistanının "Əl-Ərəbiyyə" telekanalının məlumatına görə, Livan rəsmiləri İran tərəfindən dəstəklənən Hizbullah qrupuna açıq şəkildə bildiriblər ki, “artıq təşkilatın dövlətin razılığı olmadan müharibəyə qoşulması dövrü bitib”.

 

Məlumata əsasən, Livan hökuməti Hizbullaha bu cür hərəkətlərin ölkəni daha genişmiqyaslı münaqişəyə cəlb edə biləcəyini və bu halda bütün məsuliyyətin təşkilatın üzərinə düşəcəyini açıq şəkildə ifadə edib.

 

Bu xəbərdarlıq bölgədə artan gərginlik fonunda, xüsusilə də İranın nüvə obyektlərinə edilən son hücumlara cavab olaraq İsrailə qarşı mümkün hərbi əməliyyatlar təhlükəsinin gündəmdə olduğu bir vaxtda səsləndirilib.

 

ANEWZ

Gülhüseynova Güllər