İsrailin hücumu nəticəsində İranın 12 vilayətində 95 nəfər xəstəxanaya yerləşdirilib

Bölmə: Dünya › ,
Tarix: 14:43 13.06.2025

İsrailin son raket hücumu nəticəsində İranın müxtəlif bölgələrində ümumilikdə 95 nəfər xəstəxanaya yerləşdirilib.

 

“İnformator.az” xəbər verir ki, bu barədə İran Qızıl Aypara Cəmiyyətinin sözçüsü Möctəba Xəlidi məlumat verib.

 

Onun sözlərinə görə, xilasetmə əməliyyatları zamanı Şərqi Azərbaycan vilayətində bir xilasedici həlak olub, Qəsre-Şirin şəhərində isə digər bir xilasedici yaralanıb.


Xəlidi qeyd edib ki, ümumilikdə 12 vilayətdə aparılan təxliyə və yardım işlərinə 140 operativ qrup və təxminən 700 könüllü cəlb olunub.


Hazırda bölgələrdə axtarış-xilasetmə tədbirləri davam etdirilir.