İsrailin öldürdüyü iranlı nüvə alimlərinin - SİYAHISI

Bölmə: Dünya › ,
Tarix: 15:06 14.06.2025

İsrail Müdafiə Ordusu (SAXAL) İranın nüvə layihəsi ilə məşğul olan əsas alim və ekspertlərini məhv etdiyini bildirib.

 

“İnformator.az” bu barədə SAXAL-ın "Telegram" kanalına istinadla xəbər verir.

 

Öldürülən alim və ekspertlərin sayının doqquz olduğu bildirilir.

Onların arasında aşağıdakı şəxslər var:

 

Firudun Abbasi - nüvə mühəndisliyi;


Məhəmməd Mehdi Tehrançi - fizika;


Əkbər Mütaleyizadə - kimya mühəndisliyi;


Səid Barci - materialşünaslıq;


Əmir Həsən Fəqihi - fizika;


Əbdülhəmid Minu Şəhr - reaktor fizikası;


Mənsur Əskəri - fizika;


Əhməd Rza Dariyani - nüvə mühəndisliyi;


Əli Bahai Katari - mexanika.