CAR-da daşqınlar nəticəsində ölənlərin sayı 86-ya çatıb

Tarix: 18:51 14.06.2025
Cənubi Afrika Respublikasında (CAR) daşqınlar nəticəsində ölənlərin sayı 86-ya çatıb.
"İnformator.az" xəbər verir ki, bu barədə polis naziri Senzo Mçunu "TimesLIVE" internet qəzetinə bildirib.
O,təbii fəlakət nəticəsində infrastruktura külli miqdarda ziyan dəydiyini qeyd edib.
Təbii fəlakətdən zərər çəkmiş bölgələrə CAR Prezidenti Siril Ramafosa tərəfindən baş çəkdiyi vurğulanır. O, dövlətin zərərçəkənlərə təcili yardım göstərəcəyini açıqlayıb.
Daha əvvəl əlverişsiz hava şəraiti nəticəsində 57 nəfərin öldüyü bildirilirdi. Xatırladaq ki, iyunun 11-də Cənubi Afrikada qar fırtınası daşqınlara səbəb olub.