Rusiya Ukraynaya 1 200 hərbçinin cəsədini təhvil verib

Tarix: 17:26 15.06.2025
Rusiya Ukrayna tərəfinə İstanbulda əldə olunmuş razılaşmalara uyğun olaraq həlak olmuş daha 1 200 hərbçinin cəsədini təhvil verib.
"İnformator.az" xəbər verir ki, bunu RBK-ya Rusiya-Ukrayna danışıqlar qrupundakı mənbə bildirib.
"Rusiya İstanbul razılaşmalarını yerinə yetirməkdə davam edir", - deyə o qeyd edib.
Onun sözlərinə görə, Kiyev Rusiyaya həlak olmuş hərbçilərin bir dənə də olsun meyitini təhvil verməyib. Qeyd edək ki, bu, İstanbul razılaşmalarına əsasən tərəflər arasında dördüncü cəsəd mübadiləsidir.