ABŞ hücumlardan əvvəl İsrailə kəşfiyyat məlumatı verib

Tarix: 17:48 15.06.2025
ABŞ və Avropanın bir sıra ölkələri İsrailə İrana hücumlar etməzdən əvvəl kəşfiyyat məlumatı verib.
"İnformator.az"ın məlumatına görə, bunu İran Prezidenti Məsud Pezeşkian Nazirlər Kabinetinin iclasında deyib.
"Bu vəhşi hücumların qarşısını almaq əvəzinə, biz onların, ABŞ və Avropanın bir sıra ölkələrinin İsrailə necə siyasi dəstək, o cümlədən silah və kəşfiyyat məlumatları ilə yardım etdiyini görürük. Bu gün İsrailin ixtiyarında olan və bizə qarşı istifadə etdiyi təyyarələr, raketlər və silahlar eyni dövlətlər tərəfindən təmin edilib", - Pezeşkian bildirib.
Onun sözlərinə görə, Amerika rəsmilərindən biri İranın xarici işlər naziri Abbas Əraqçi ilə söhbətində deyib ki, İsrail ABŞ-nin icazəsi olmadan heç bir hərəkətə qadir deyil”.