İranın ümumilikdə 14 nüvə alimi öldürülüb

Tarix: 18:28 15.06.2025
İranın ümumilikdə 14 nüvə alimi öldürülüb.
"İnformator.az" xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
“Cümə günündən bəri azı 14 nüvə alimi İsrailin hücumlarında, o cümlədən avtomobil partlayışlarında qətlə yetirilib”, – Körfəz ölkələrdəki iki mənbə agentliyə söyləyib.
Daha əvvəl IRNA “İsrailin Tehranın müxtəlif ərazilərində beş partlayıcı qurğunu işə saldığını” bildirib.