"Potanın Perileri" Avropa Çempionatı üçün Afinada

Bölmə: İdman › ,
Tarix: 21:45 16.06.2025

"A Milli Qadın Basketbol Komanda"sı, 18–29 iyun tarixlərində keçiriləcək 2025 FIBA Avropa Çempionatı üçün Yunanıstanın paytaxtı Afina şəhərinə gəlib.

 

"Ay-ulduzlu" komanda İstanbul Hava Limanından qalxan təyyarə ilə Afina Eleftherios Venizelos Beynəlxalq Hava Limanına çatıb.

 

Milli komanda çempionatda ev sahibi Yunanıstan, Fransa və İsveçrə ilə A qrupunda mübarizə aparacaq.

 

Türkiyə ilk oyununu 18 iyun Çərşənbə günü saat 17:30-da Fransa ilə keçirəcək. Komanda 19 iyun Cümə axşamı günü eyni saatda İsveçrə ilə qarşılaşacaq.

 

"Milliler" qrupdakı son qarşılaşmasını isə 21 iyun Şənbə günü saat 20:30-da ev sahibi Yunanıstan ilə oynayacaq.

 

Mənbə: TRT Haber 

Nigar Həsənzadə