Azərbaycanda bu günədək 285 müəllifin əsəri qeydiyyata alınıb

Tarix: 17:26 18.06.2025
Azərbaycanda bu günədək 285 müəllifin və hüquqi şəxsin 384 əsəri qeydiyyatdan keçirilib.
"İnformator.az" xəbər verir ki, bu barədə Əqli Mülkiyyət Agentliyi məlumat yayıb.
Qeyd edilib ki, əsərlərin rəsmi qeydiyyatının tətbiq edildiyi 1996-cı ildən 2024-ci ilədək Agentlikdə ümumilikdə 16228 əsər və əlaqəli hüquqlarının obyektləri qeydiyyatdan keçirilib.
Bundan başqa, məlumatda vurğulanıb ki, pozulmuş müəlliflik hüquqlarının bərpası ilə bağlı cari ilin 5 ay ərzində hüquqi və fiziki şəxslər tərəfindən Agentliyə 9 müraciətdaxil olub.
Qeyd edilən müraciətlərlə bağlı Agentlik tərəfindən müəllif-hüquq qanunvericiliyinə əsasən müvafiq araşdırmalar aparılıb, təqdim edilən sənəd və materiallar təhlil edilib, müqayisə aparılıb və zəruri hallarda digər aidiyyatı qurumlara sorğular göndərilib. Bu istiqamətdə agentlik səlahiyyətləri çərçivəsində bütün zəruri tədbirləri həyata keçirib.