FHN orkestrinin ifasında konsert proqramı təqdim olunub

Bölmə: Mədəniyyət › ,
Tarix: 14:32 26.06.2025

 

Fövqəladə Hallar Nazirliyinin Nümunəvi orkestrinin ifasında konsert proqramı təqdim olunub.

 

“İnformator.az” xəbər verir ki, konsert 26 İyun - Azərbaycan Respublikasının Silahlı Qüvvələr Günü münasibətilə Bakı şəhərinin Binəqədi rayonundakı Zərifə Əliyeva adına istirahət parkında təşkil edilib.

 

Proqram bayrama uyğun olaraq hərbi vətənpərvərlik mövzusunda olub.