Montella ilə müqavilə uzadılacaq

Bölmə: İdman › ,
Tarix: 19:45 27.06.2025

"A Milli Futbol Komandası"nda baş məşqçi vəzifəsini yerinə yetirən Vincenzo Montella ilə müqavilə yenilənəcək.

 

"Türkiyə Futbol Federasiyası"nın (TFF) yaydığı açıqlamada bildirilir ki, 2023-cü ilin sentyabrından bəri “ay-ulduzlular”ın başında olan italyan mütəxəssislə müqavilənin yenilənməsi ilə bağlı 30 iyun Bazar ertəsi günü rəsmi mərasim keçiriləcək.

 

İmza mərasimi Hasan Doğan Milli Komandalar Təlim və Tədris Mərkəzində saat 13:00-da başlayacaq.

 

Mənbə: TRT Haber 

Nigar Həsənzadə