Polşa Prezidenti elan olunmamış səfərlə Kiyevə gedib

Bölmə: Dünya › ,
Tarix: 11:26 28.06.2025

Polşa Prezidenti Andjey Duda elan olunmamış səfərlə Ukraynaya gedib.

 

"İnformator.az" "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna KİV-ləri Prezident Administrasiyasına istinadən məlumat yayıb.

 

"Prezident Andjey Duda Kiyevə səfər edib. Səfərin proqramında Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş var", - məlumatda bildirib.

 

Qeyd edək ki, iyun ayının əvvəlində Duda Ukrayna Prezidenti Volodimir Zelenskiyə prezidentlik müddəti başa çatanadək Ukraynaya səfər edəcəyini bildirib.